Rusiyanın qətlə yetirilən müxalifət lideri sonuncu müsahibəsində nə demişdi?
Rusiya müxalifətinin lideri Boris Nemtsov qətlindən qabaq dəfələrlə hədələnib. Bunu “Azadlıq” radiosunun rus xidmətinə onun vəkili Vadim Proxorov bildirib. Vəkil deyib ki, Nemtsov dəfələrlə, əsasən, sosial şəbəkələrdən hədələnib.
«Tətiyi kimin çəkməsindən asılı olmayaraq, Boris Nemtsovu siyasi rejim öldürdü», – deyə vəkil qeyd edib.
Müxalifyönlü deputat Dmitri Qudkov da Twitter hesabında Nemtsovun güllələnməsini siyasi qətl adlandırıb: «Ayındır ki, bu, siyasi qətldir. Sifariş verilməsə belə, hakimiyyətin səpdiyi nifrət toxumunun nəticəsidir».
Hazırda xaricdə yaşamağa məcbur olan keçmiş rus maqnatı Mixail Xodorkovski isə Twitter-də kədərni ifadə edib. «Biz hamimiz onu sevirdik. O, yaxşı oğlan idi», – deyə Xodorkovski qeyd edib.
ABŞ-ın Rusiyadakı keçmiş səfiri Mixael Makfaul da hadisəyə münasibət bildirib. O, sosial şəbəkədə yazıb: «Nemtsov əsl vətənpərvər idi. Mən onun ailəsi və çox sevdiyi vətəni üçün göz yaşı axıdıram».
Putin rejiminin əleyhdarı olan ictimai-siyasi xadim, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov da qətli Rusiya hakimiyyətinin təşkil etdiyinə işarə vurub. «Jurnalist Anna Politkovskaya öldürülüb. Malayziya təyyarəsi Ukrayna səmasında vurulub. İndi də Boris qətlə yetirildi. Kreml müxalifəti, ya da Mərkəzi Kəşfiyyat İdarəsini günahlandıracaq», – deyə o, Twitter hesabında yazıb.
Bu arada Nemtsovun sonuncu – ölümündən 20 dəqiqə əvvəl verdiyi müsahibə yayılıb. “Vesti Rossii” radiosuna danışan mərhum Rusiyadə həbsdə saxlanılan Ukrayna hərbçisi Nadejda Savçenkoya azadlıq tələb etdiklərini bildirib. Nemtsov deyib ki, müxalifətin martın 1-ə təyin olunan etiraz mitinqində bu tələb də səslənəcək.
Nemtsov müsahibəsində belə bir maraqlı məlumat da səsləndirib: "Vaxtilə Yeltsin məni özünə varis seçmək istəyirdi. Sonra fikrini dəyişib, Putini seçdi. Bu da onun ən böyük səhvi oldu"