ABŞ prezidenti Barak Obama Rusiyanın müxalif siyasətçisi Boris Nemsovun qətli ilə bağlı xüsusi bəyanat dərc edib.
“ABŞ Boris Nemsovun vəhşi qətlini pisləyir və biz Rusiya hakimiyyətini ölümün səsəblərini müəyyən edən operativ, müstəqil və şəffaf istintaqının keçirilib, bu dəhşətli cinayətdə günahkarların qanun qarşısında cavab verəcəyinə qarant olmasına çağırırıq. Nemsov öz ölkəsinin yorulmaz müdafiəçisi idi və öz vətəndaşlarına bütün insanlarda olan hüquqların verilməsinə çalışırdı. Mən Rusiyada olan korrupsiyaya qarşı mübarizədə Nemsovun mərdanə fədakarlığına valeh idim və biz ilk dəfə 2009-cu ildə Moskvada görüşəndə baxışlarını mənimlə açıq bölüşdüyünə görə ona minnətdarlıq etmişdim. Biz Boris Yefremoviçin ailəsinə və onların hüquqlarının ən sadiq və parlaq müdafiəçilərindən birini itirdiyinə görə rusiyalılara dərin hüznlə başsağlığı veririk”.
ABŞ dövlət katibi Con Kerri də bu qətllə bağlı bəyanat verib. “Amerika Birləşmiş Ştatları Rusiya rəhbərliyini müxalifətçi Boris Nemtsovun qətlini araşdırmağa və hadisəni törədənləri tezliklə məsuliyyətə cəlb etməyə çağırır. Boris Nemtsov həyatını demokratik, çiçəklənən, açıq Rusiyaya həsr edib. O, Birləşmiş Ştatlar da daxil olmaqla, Rusiyanın tərəfdaş və qonşu ölkələrlə güclü münasibətlər qurmasını istəyirdi. Nemtsov bir çox vəzifələrdə çalışıb. Bütün vəzifələrdə o, islahatlar həyata keçirən Rusiya üçün çalışıb. Nemtsovun yoxluğu Rusiyada və bütün dünyada hiss olunacaq”,- deyə Con Kerri bildirib.
BMT katibi Ban Ki Mun da Rusiyaynı qətlin üstünün tez bir zamanda açılması yönündə fəaliyyətə çağırıb.