Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlinin şahisi 23 yaşlı Ukrayna vətəndaşı, model Anna Duriçkayadır. Bu barədə “LifeNews” telekanalı xəbər yayıb.
Məlumata görə, model artıq hadisə ilə bağlı ifadə də verib. O deyib ki, Nemtsovla birlikdə şam yeməyinə çıxıblar və yerli vaxtla saat 23 radələrində piyada Vasilyevsk enişinə doğru hərəkət ediblər. Hadisə də bu zaman baş verib.