Məhkəmə binasını təmir edən ustalarla məhkəmə işçiləri arasında baş verən insident haqda detallar məlum olub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 25-də saat 16 radələrində baş verib. Q.Qarayev prospekti 36A-da yerləşən Nizami rayon məhkəməsinin icra şöbəsinin inzibati binasında Bakı şəhər sakinləri, məhkəmə işçisi 1982-ci il təvəllüdlü Dadaş Fərhadov, ustalar 1983-cü il təvəllüdlü Ziya Rəhmanov və qardaşı 1986-cı il təvəllüdlü Akşin xuliqanlıq zəminində bir-birilərini döyüblər. Nizami RPİ 25-ci PB tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, mediada yayılan məlumata görə, ustalar binanı təmir etdikdən sonra onlara gördükləri işin pulu verilməyib və bu davaya səbəb olub.