Bakıda daha bir yol təmirə bağlanıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Mətbuat Katibliyindən verilən məlumata görə, fevralın 28-i axşam saat 20-00-dan 2015-ci il martın 1-i səhər saat 8-00-a qədər Binəqədi rayonunun Biləcəri qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Yolun təmirə bağlanması Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiyə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədardır. Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.