Məşhur italyan aktrisa Ornella Muti 10 dekabr 2010-cu ildə Verdi teatrında səhnəyə çıxmalı olsa da, sağlamlıq durumunu əsas gətirərək tamaşanın ləğv olunmasını istəyib.Tənəffüs yolu infeksiyası, yüksək hərarət və səsinin batdığını bildirən Muti, xəstəliyi haqda həkimindən aldığı arayışı da teatr rəhbərliyinə göndərib. Lakin sonradan Ornella Mutinin həmin vaxt Rusiyanın Sankt-Peterburq şəhərində aktyor Kevin Costner və dövrün Rusiya baş naziri Vladimir Putinin qatıldığı bir məclisə getdiyi ortaya çıxıb. Bundan sonra İtaliya məhkəməsi Muti haqqında "ağırlaşdırılmış fırıldaqçılıq" ittihamı ilə cinayət işi açıb və Muti 8 ay həbs cəzasına məhkum edilib.
azadliq.info