Litvanın Şyaulyay şəhərində Typhoon italyan qırıcıları Rusiya Hərbi Hava Qüvvələrlərinin An-22 və An-72 nəqliyyat təyyarələrinin Baltik dənizinin üstündə uçuşlarının qarşısını almaq üçün havaya qaldırılıb. Bu haqda Litva Müdafiə Nazirliyi açıqlama verib. "Biz An-22 və An-72 nəqliyyat təyyarələrini ələ keçirdik, onlar Rusiya Federasiyasının materik hissəsindən Kalininqrad sahəsinə uçurdular. Rusiya təyyarələri plansız hərəkət edirdilər", – deyə açıqlamada bildirilir. Rusiya hərbi təyyarələri fevralın 6, 9, 13-ü və yanvarın 30-da da Baltik dənizi üzərində görünüblər.
(ans)