Yaponiyanın baş naziri Sindzo Abe İŞİD-in girov götürdüyü yapon girovlardan ikincisini – jurnalist Kendzi Qotonu da edam etməsinə sərt münasibət bildirib. Açıqlama zamanı göz yaşlarını saxlaya bilməyən Abe terror təşkilatın bu hərəkətinə qarşı çox qəzəbli olduqlarını deyib.
“Bu barbarca törədilən adi terror hücumuna qarşı güclü bir qəzəb hiss edirəm. Qətiyyən qəbul edilməyəcək bu zorakılığı ən sərt şəkildə qınayıram. Bu terrorçuları əsla bağışlamayacağıq. Beynəlxalq ictimaiyyətlə birlikdə İŞİD-ə bütün etdiklərinin bədəlini ödətməyə çalışacağıq”, – deyə baş nazir bildirib.
azadliq.info