Minskdə Ukraynada vəziyyətin nizamlanmasına dair üçtərəfli əlaqə qrupunun görüşü başa çatıb. Atəşkəsə dair müzakirə edilən sənəd təsdiqlənməyib. Görüş iştirakçıları sənədin bundan sonra da müzakirə ediləcəyini bildiriblər.
***
Minskdə Ukraynada vəziyyətin nizamlanmasına dair üçtərəfli əlaqə qrupunun görüşü başlayıb.
Görüşdə Leonid Kuçma, Denis Puşilin, Vladislav Deyneqo, Xaydi Talyavini və Mixail Zurabov iştirak edir.
Üçtərəfli əlaqə qrupu Donbasda atəşin dayaandırılması və ağr texnikanın geri çəkilməsi ilə bağlı sənəd hazırlayıb. Qrup üzvləri sənədin Minskdə təsdiqlənəcəyinə ümid edir.
azadlıq.info