Ağ evin mətbuat katibi C. Ernest Vaşinqtonda keçirdiyi mətbuat konfransında Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsinin gözlənilmədən azaldılmasına münasibət bildirib.
Onun sözlərinə görə, bu Rusiya iqtisadiyyatındakı xaos elementlərinin göstəricisidir. Ernest hesab edir ki, bu ABŞ prezidenti Barak Obamanın rəhbərlik etdiyi beynəlxalq sanksiya rejiminin nəticəsidir:
«Bu, prezident Vladimr Putinin Şərqi Ukraynaya ekspedisiyasının nəticəsi olaraq konkret iqtisadi itkilərin sübutudur. Günlər keçir, Rusiya münaqişənin həllində öhdəliklərinə uyğun hərəkət etmir. Buna görə də onun itkiləri artacaq. Hesab edirəm ki bu, prezident Putini öz strategiyasına yenidən baxmağa məcbur edəcək».