Avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çıxıb
Dünən Bakıda “Ferrari” avtomobili qəzaya düşüb.
ANS PRESS-in məlumatına görə, hadisə axşam saatlarında Gənclik metrosu yaxınlığında baş verib.
Avtomobilin sürücüsü idarəetməni itirərək səkiyə çıxıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq bahalı avtomobilin ön tərəfi sıradan çıxıb.
Qəzanın baş verməsinə yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Qeyd edək ki, “Ferrari” avtomobilləri ən bahalı maşınlardan sayılır. 3-4 saniyədə 100 km/s sürət yığa bilən avtomobil idman üslubunda dizayn edilib.
Xüsusi dəbdəbəli görünüşü ilə seçilən bu nəsil avtomobillərin ən ucuzu 300 min manatadır.