Müsavat başqanı Arif Hacılı yenidən Qubad İbadoğlunu İttiham edib. O, özünün facebook səhifəsində yazıb ki, M.Ə.Rəsulzadənin doğum günündə Qubad İbadoglu partiya içində saldığı nifaqı daha da şıddətləndirmək üçün növbəti cəhd edəcək.
Xatırladaq ki, bir müddət əvvəl Arif Hacılı Qubad İbadoğlunu partiyaya qarşı kampaniyanın təşkilatçısı olmaqda ittiham edib və bununla onun Müsavata böyük zərbə vurduğunu bildirib.
Qubad İbadoğlu yanvarın 31-də Müsavat qərargahında partiya daxilində baş verənləri müzakirə etmək üçün toplantı təşəbbüsü ilə çıxış edib.