Tanınmış azərbaycanlı prodüser Vəfa Vaqifqızı (Məmmədova) həbs edilib.
Bu haqda vesti.az məlumat yayıb.
Məlumata görə, V.Məmmədova qadınları fahişəliyə cəlb etməkdə şübhəli bilinir.
Şou-biznesdə bir çox tanınmış müğənnilərlə çalışan xanım prodüser dekabr ayında tutulsa da, bu barədə məlumatlar son günlərdə yayılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.