ABŞ səfirinin Azərbaycana gəlmə vaxtı bəlli olub. ABŞ səfirliyindən verilən məlumata görə, bu ölkənin Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta fevralın 12-də Bakıya gələcək.
Xatırladaq ki, ABŞ Senatı Robert Sekutanı ötən il dekabrın 16-da ABŞ-ın Azərbaycanda səfirinin vəzifəsinə təsdiqləyib. O, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə Berlində ABŞ hökumətinin iqtisadi məsələlər üzrə iştirakına nəzarət edib. Həmçinin ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.
Diplomat Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir (ans press).