Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər rayonunda döyüş sursatı aşkarlanıb
FHN-nin saytının verdiyi məlumata görə, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilərək aşkarlanmış sursata baxış keçiriblər. İstifadəyə yararlı olan 1-ədəd F-1 markalı əl qumbarası aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçiriblər və digər növ şübhəli əşya aşkar etməyiblər.
Əməliyyat saat 14:07-də başa çatıb.