Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya ilə ticarət müharibəsi davam etsə, ölkəsi Avrasiya İqtisadi İttifaqından çıxa bilər.
Moksva qadağan edilən Avropa məhsullarının təkrar ixracından şübhələnərəq Belarusdan ərzaq məhsullarının idxalına məhdudiyyət qoyub. Lukaşenko isə bunu Avrasiya İqtisadi İttifaqının qaydalarının pozulması kimi qiymətləndirir.
Belarus prezidenti bildirib ki, Avrasiya İqtisadi İttifaqı çırçivəsində belə ticarət müharibələri olmamalıdır. “Əgər razılaşmaya əməl edilməsə, Belarus ittifaqdan çıxacağını istisna etmir”, – deyə Lukaşenko bildirib.
azadlıq.info