SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov ABŞ-ı ittiham edib. O bildirib ki, Rusiya “soyuq müharibəyə” sürüklənib və bu “qaynar müharibə”yə çevrilə bilər. “Təəssüf ki, bu “soyuq müharibə”nin “qaynar”a çevrilməyəcəyini əminliklə deyə bilmərəm. Qorxuram ki, amerikalılar risk edə bilərlər”, – deyə o qeyd edib.