Alman həkim Kristian Vitt həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhətindəki problemlərin ciddi olduğunu təsdiqləyib. Bunu həkim yanvarın 26-da Leyla Yunusla görüş zamanı onun özünə də deyib. Vittin Leyla Yunusu təxminən bir ay əvvəl dekabrın 30-da ilk dəfə müayinə edib və qan analızı götürüb.
Vittin sözlərinə görə, qan analızı göstərirb, həqiqətən də Yunusun qara ciyərində parçalanma prosesi başlayıb. O arıqlamaqda davam edir və 6 ay ərzində 16 kq itirib, 62 kq-dan 46 kq-a düşüb.
Həkim firkincə, bütün bunlar onun orqanizmində bərpa olunmaz prosesin getdiyi təsdiq edir. Bütün bunları Turana Leyla Yunus vəkili Elçin Qəmbərov vasitəsilə çatdırıb.