Avropa Birliyi Komissiyası, əkinçilik fondlarının yol verdiyi pozuntulara görə Fransanı 1 milyard avro məbləğində cərimələyib. AB 2008-2012 illər arasında Fransada əkinçiliyin inkişafına ayırdığı yardımın xərclənməsində pozuntular aşkarlayıb və bu səbəbdən də Fransa 1 milyard avro məbləğində cərimələnib. Brüssel daha öncə Parisdən 1,8 milyard avro geri ödənilməsini istəsə də, müzakirələr nəticəsində bu məbləğ 1 milyard avroya qədər endirilib. Fransa 2008-2012-ci illər arasında AB-nin Əkinçiliyi Dəstəkləmə Fondundan 40 milyard avro dəstək almışdı. Fransa, 1 milyard avronu 2017-ci ilə qədər ödəyəcəyini bildirib.
azadliq.info