Fransada yəhudilərə qarşı hücumların artdığı açıqlanıb. Təxminən 500 min yəhudinin yaşadığı bu ölkədə 2013-cü il yəhudilərə qarşı 423 hücum hadisəsi qeydə alınsa da, 2014-cü ildə bu rəqəmin 851-ə yüksəldiyi bildirilir. “Yəhudi Camaatı” tərəfindən verilən açıqlamada, hücumların əsasən Fransanın paytaxtı Paris, Marsel, Lion, Tuluza, Strazburq və Nice şəhərlərində qeydə alındığı bildirilir.
azadliq.info