Polis dünən evinin girişində naməlum şəxsin hücumuna məruz qalmış hüquq müdafiəçisi Günay İsmayılovanın yazılı şikayətini qəbul etməkdən imtina edib.
Nizami rayon 24-cü polis bölməsindən ona bildiriblər ki, dünən onunla söhbət edən əməkdaş bu gün işdə yoxdur.
Xatırladaq ki, bazar ertəsi saat 20.30-da metronun “Neftçilər” stansiyası yaxınlığında İsmayılovanın aşadığı çoxmənzilli evin girişində ona hücum edilib.
28-30 yaşlarındakı kişi onun boğazından tutub, vurmağa çalışıb. İsmayılova onun əlindən qurtarmağa müvəffəq olub və səs-küy salıb, səsə qonşular çıxıb, sui-qəsdçi isə qaçıb.
DİN-in “102” növbətçi xidmətinə zəng etdikdən sonra onların evinə dörd polis əməkdaşı gəlib. Ona yanvarın 27-də ərizə ilə polisə gəlməli olduğunu deyiblər.
İsmayılova hesab edir ki, hücum onun hüquq müdafiə fəaliyyəti ilə bağlı ola bilər. Çünki bu, soyğuna oxşamır və sui-qəsdçi hətta onun əlindən çantanı almağa çalışmayıb.
Günay İsmayılova Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktor müavinidir. Hazırda o, bu institutunun hüquqlarını müdafiə edir.
RATİ ofisi prokurorluq əməkdaşlarının apardığı axtarışdan sonra möhürlənib. İsmayılova digər RATİ əməkdaşları kimi, dəfələrlə istintaqda dindirilib. Prokurorluq onun ölkəni tərk etməsini qadağan edib.
2014-cü ilin oktyabrında o, New York Times-da Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması haqqında tənqidi məqalə dərc edib (contact.az).