Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda ÜDM artımı proqnozunu 3,0%-dən 1,5%-ə endirib. Bank məlumat verib ki, Azərbaycan karbohidrogenlərin qiymətindən asılı olduğu üçün qiymət düşməsindən ziyan çəkir.
Amma AYİB ölkənin xarici şoklara davamlılığına və qeyri-neft sektorunun artımının davam edəcəyinə əmindir.
Azərbaycan hökuməti 2015-ci ildə 4,4% ÜDM artımı proqnozlaşdırır. İqtisadi və Sosial İnkişaf Mərkəzi isə bu göstəricinin 1,0% olacağını bildirir.