Bu barədə məlumatı İraq ordusunun generalı Abdüləmir əl-Zaidi verib. Ziadi, Diyala bölgəsini və ətraf şəhərləri tamamilə azad etdiklərini bildirib: “Diyalanı IŞİD-dən tamamilə təmizlədik. Eyni zamanda, bölgədəki bütün şəhərlər və yaşayış məntəqələri İraq ordusunun nəzarəti altındadır”, deyə general bildir. Generalın sözlərinə görə, Diyalanın əhali məskunlaşan hissələri uğrunda son döyüş ötən cümə günü başlamışdı. Xatırladaq ki, İŞİD-in nəzarəti altında olan Kobaninin isə artıq əhəmiyyətli hissəsi azad edilib.
azadliq.info