Ukrayna NATO-ya müraciət edib ki, qarşılıqlı əlaqələrə cavabdeh olan komissiyanın növbədənkənar toplantısı keçirilsin.
Səbəb Donbasdakı münaqişənin yenidən qızışmasıdır.
Ukraynanın NATO-dakı missiyasının rəhbər müavini Yegor Bojok deyib ki, komissiyanın iclasının yanvarın 26-da keçiriləcəyi gözlənilir.
Son günlər separatçılar atəşkəsi pozaraq Ukrayna ordusunun nəzarətində olan bəzi əraziləri alıb.
Mariupol şəhərinə atılan bombalar isə 30 nəfərin həyatına son qoyub.