NATO-nun baş katibi Yens Stoltenberq yazılı açıqlamasında, Rusiyadan separatçılara əsgəri, siyasi və maliyyə dəsdəyini kəsməyi tələb edib. Yens Stoltenberq “Bir neçə aydır Ukraynanın şərqində Rus əsgərləri, tankları, toplar,yüksək hava müdafiə sistemlərinin və digər ağır silahların ciddi şekildə artdığını müşahidə edirik. Ukraynanın şərqində Rus əsgərləri separatçıların hücum əməliyyatlarını kontrol edir və pilotsuz qırıcılarla, yüksək elektronik savaş sistemlərilə dəstəkləyir” , deyə Yens Stoltenberq bildirib. Avropa Birliyi xarici siyasət rəhbəri Federica Mogherini də telefon açaraq separatçıların son hücumalrını prezident Poroşenko ilə müzakirə edib. Federica Mogherini eyni zamanda son hücumlarla bağlı yazılı açıqlama da yayaıb. “Rusiya seperatçılara üzərindəki təsirini aradan qaldırmalı, əsgəri, siyasi və maliyyə dəstəyini kəsməlidir”. Mogherini Rusiyanın bu addımlarının Avropa Birliyilə münasibətləri daha da korlayacağını da bildirib.
azadliq.info