Pakistan hökuməti, qarşıdakı həftələrdə barələrində edam cəzası çıxarılan 500 terrorçunun edam edilməsini planlaşdırır. Baş nazir Navaz Şərifin sözçüsü Musadık Malik, İslamabadda etdiyi çıxış zamanı ilk mərhələdə təxminən 500 məhkumun edam ediləcəyini bildirib. Malik, bunun üçün 2-3 həftə müddətə ehtiyac olduğunu qeyd edib. Sözçü: “Uşaqlarımızı, vətəndaşlarımızı və qoşunlarımızı öldürənlərə acınmayacağıq”. Pakistan hökuməti, Talibanın Peşəvərdə məktəbə təşkil etdiyi hüçum zamanı 133-ü uşaq olmağla, ümumilikdə 149 adamın öldürüldüyü hücumun ardından, 2008-ci ildən etibarən ləğv edilmiş ölüm hökmünü yenidən bərpa edib. Bu qərarın ardından ilkin olaraq 6 terrorist edam edilib.