ABŞ Senatının respublikaçı üzvü, 2016-ci ildə keçiriləcək prezident seçkilərində Ağ Ev rəhbəri postuna real namizədlərdən hesab olunan Ted Kruz “Azadlıq”a 25 illiyi münasibətilə təbrik mesajı göndərib. Bu barədə məlumatı ABŞ-da yaşayan və bu ölkənin vətəndaşı olan azərbaycanlı fəal Sədi Nuri özünün “Facebook” səhifəsində paylaşıb.
Sədi Nuri qeyd edib ki, dekabrın 22-də Ted Kruzun doğum günüdür. Bu münasibətlə o, senatoru təbrik edib. Bu zaman onların arasında Azərbaycandakı vəziyyətlə bağlı müzakirə də olub. Ted Kruz Səid Nuridən xahiş edib ki, onun adından “Azadlıq” qəzetinin 25 illik yubileyini tebrik etsin.