Kremlin dəvətinə baxmayaraq ABŞ prezidenti Barak Obama Rusiyaya gəlməyəcək. Bunu ABŞ administrasiyasının Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bəyan edib.
“Yaxın gələcəkdə prezident Obama Rusiyaya səfər etməyi planlaşdırmır”, deyə M.Strox bildirib.
Qeyd edək ki, rəsmi Moskva Obamanı Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayramda iştirak etməyə dəvət etmişdi.