Türkiyə əcnəbilərin ölkədə qalması proseduruna dəyişiklik edib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin saytında yerləşdirilən xəbərdə deyilir.
Qeyd olunur ki, 2015-ci ilin 1 yanvar tarixindən etibarən Türkiyəyə getmək istəyən xarici vətəndaşların pasportunun və ya pasportu əvəz edən sənədlərinin etibarlılıq müddəti bu ölkədə qalmaq üçün viza və ya icazə müddəti bitdikdə sonra da 60 gündən az olmamalıdır.
Sənədlərinin etibarlılıq müddəti bu şərtlərə cavab verməyən xarici vətəndaşların Türkiyəyə girişi qadağan olunub.