Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim an-Nuaymi tələbat artdıqda hasilatı artırmağa hazır olduqlarını bildirib.
The Financial Times-a müsahibəsində nazir deyib ki, yeni alıcılar ortaya çıxmasa, ölkəsi hasilatı 9,7 mln barel səviyyəsində saxlayacaq.
Nazirin sözlərinə görə, dövlət üçün yanacaağın qiymətini saxlamaqdan çox neft bazarında payını saxlamaq daha vacibdir.
«Əgər biz hasilatı azaltsaq, bazarda payımız necə dəyişəcək? İstehsalçı Braziliyadan, Rusiyadan yaxud ABŞ-dan olan bilərr», – deyə Nuaymi qeyd edib.
azadlıq.info