Ölkəsində yaşanan iqtisadi böhran səbəbiylə rekord sayda zəngin rusun İngiltərəyə üz tutduğu bildirilir. “Financial Times”in xəbərinə görə, bu il İngiltərədən “investor viza” alan rusların sayı 69 faiz artıb. “İnvestor viza” 1 ilə 10 milyon sterlinqdən artıq sərmayə yatıran Avropa Birliyi ölkəsi vətəndaşı olmayan xarici sərmayəçilərə, qısa yolla oturma icazəsi və vətəndaşlıq hüququ təmin edir.
İlin ilk doqquz ayında, 162 Rus bu vizayla təmin edilib. Neft qiymətlərindəki eniş, Qərbin tətbiq etdiyi sanksiyalar və rublun dəyərini itirməsi zəngin rusları daha dayanığlı ölkələrə üz tutmağa vadar edir.