“Economist” jurnalı “İnsan nə əkər, onu biçər” başlıqlı yazısında Rus iqtisadiyyatının böhrana girməsini və rublun kəlləmayallaq olmasını Vladimir Putinin davakar, aç göz və paranoyik olması ilə əlaqələndirib.
“Səltənətin ən böyük böhranı”
“Rubl, üç həftədə yüzdə 40 dəyər itirib. Bu, Putin səltənətinin ən böyük böhranıdır. Və tamamilə özünün səhvi ucundan baş verib”.
“Oğrular rejiminin nəticəsində”
“Yaşanan böhran, oğruların idarə etdiyi rejimin məntiqi nəticəsidir. Putin, Rus iqtisadiyyatında heç bir struktur islahat aparmadı. Rus iqtisadiyyatını neft və təbii qazdan asılı saldı, enerji sənayesinə əmanət etdi. Rusiya iqtisadiyyatı himayədarlığla, cinayət yolu idarə olunmasaydı, ədalət və rəqabət təməllərinə buraxsaydı, indi bir çox şey çox fərqli olardı.”
“Putin baş naziri dəyişməlidir”
“Rusiya uzunmüddətli böhranı aşmaq üçün bu iki əhəmiyyətli addım atılmalıdır: Birincisi, rus qoşunları Şərqi Ukraynadan çəkilməli, Kiev hökumətiylə oturub razılaşma əldə edilməlidir. Bundan sonra Qərb, Rusiyaya tətbiq olunan embarqonu qaldıra bilər. İkincisi, Rusiyanın iqtisadi modelini dəyişdirmək lazımdır. Neft və təbii qaza əsaslanan iqtisadiyyat yerinə, rəqabətin qarşısının açıldığı, istehsal və yüksək texnologiya sahələrində istehsalın dəstəkləndiyi, korrupsiya yerinə ədalətin suveren olduğu bir iqtisadi modelə keçilməlidir. Bütün bunları həyata keçirmək üçün Putin, baş nazir Dmitri Medvedevin yerinə, 11 ildir uğurla Maliyyə Naziri vəzifəsini icra edən Aleksey Kudrini gətirməlidir. Təbii ki, oliqarxlar bundan məmnun olmayacaq, amma bu rus xalqı üçün ən yaxşısı yoldur. Sonda kədərlə bildiririk ki, Putin, bunların heç birinə getməyəcək. Əksinə, Qərblə əlaqələri olan imkanlı iş adamlarını sıradan çıxarmaq üçün addımlar atacaq”.