Məhəmməd Talıblı: «Ehtimal edirəm ki, bu SOCAR-ın təkbaşına idarəçiliyi ilə bağlıdır»
Türkiyənin PETKIM holdinqi özünün “Petlim Limançılıq” törəmə şirkətinin səhmlərinin 30 faizini ABŞ-ın iri kommersiya bankı “Goldman Sachs”a satıb. AzərTAc xəbər verir ki, bu barədə məlumat Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu) rəsmi saytında yer alıb.
“Petlim” səhmlərinin 30 faizi ABŞ tərəfinə 250 milyon dollara satılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) PETKIM-in nəzarət səhm paketinin (61.32%) sahibidir. Ancaq, SOCAR-ın bu səhmələri niyə satması haqda heç bir məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl də SOCAR-ın Türkiyə şirkətinin baş direktoru Kənan Yavuz “Reuters” agentliyinə açıqlamasında bildirmişdi ki, “Star Media” qrupda malik olduqları 50 faiz payı satacaqlar. O zaman bu hadisə siyasi səbəblərlə izah edilmişdi və “nurçu” məsələsi ilə laqələndirilmişdi.
Iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, SOCAR etibarlı səhmdar tapmaq üçün bu addımı atıb: “Mən ehtimal edirəm ki, bu SOCAR-ın təkbaşına idarəçiliyi ilə bağlıdır. SOCAR istəyir ki, PETKIM-dəki səhmlərinin həm gəlirlərini, həm risklərini bölüşə biləcək səhmdar tapsın. Çünki, bazardakı müəyyən konyukturalara riskli qərar verməyi istisna edir”.
Akif