Qələndar Muxtarlı qəzetimizi təbrik etdi
Dekabrın 24-də “Azadlıq” qəzetinin 25 illiyidir. Bu münasibətlə Milli Şuranın üzvü Qələndar Muxtarlı redaksiyaya təbrik məktubu göndərib. Təbrikdə deyilir:
Bu gün Azərbaycanda azadlıq, millət, vətən, ədalət, ləyaqət kimi dəyərlərin son alınmayan qalası olan “Azadlıq” qəzetinin 25 illik yübleyidi. Vaxtilə, “Azadlq” qəzetinin ilk nömrəsini təqaüdümüz çatan qədər çox alıb tarix və gələcək arzularımızın manifesiti kimi saxlardıq. 20 Yanvar hadisələrəndə rus əsgərləri qərargahlarda, evlərdə axtarış aparanda “Azadlıq” qəzetini tapardılarsa başqa bəhanə axtarmazdılar. Milli Azadlıq Hərəkatnın iştirakçıları bu halı yaxşı xatırlayarlar.
İİllər kecdi, müstəqil dövlət oduq, amma onun hətta müstəqil cəza evlərində “Azadlıq” qəzeti ilə, indi olmasın, o vaxtlar üçün “Yeni Musavat”la sınağa çəkilərdik. Yəni türmədə belə “Azadlıq”, ya “Yeni Müsavat” qəzetləri otağımızdan tapılardısa cəza alardıq, yaxınlarımızla görüşdən, sovqatlardan olardıq. İndi tək qalıb “Azadlıq”! Necə ki bu yola tək başlamşdı, özü də, əməkdaşları da tək qalıb! Ona dəstək isə “Azad” Azərbaycanda ən “azad” və qeyri məhdud cinayətə çevrilib! Lakin 27 il bundan əvvəl bu yola inanıb, könül verən dostlarımız nə qədər ki, bu yoldadı, millətimiz ümidsiz deyil! “İnamla məğlub olmurlar”.
Dostlar, sizləri ürəkdən təbrik edirəm! Sizlərin yolu Ədalət, Azadlıq və Xeyirxahlıq yoludur. Düşmən də sizin Xeyirxahlıqlarınız və əməliniz qarşısında acizdir!
Millətinin xoşbəxtliyini düşünənlər bədbəxt ola bilməzlər! Tanrı yolunuzu açıq eləsin!