Pakistanda Rusiya vətəndaşı Axlas Axlak edam edilib. Axlak keçmiş prezident Pərviz Müşərrəfə qarşı sui-qəsd etməkdə təqsirli bilinib. Axlak barəsində 2005-ci ildə ölüm hökmü çıxarılıb. Rusiya Xarici İşlər Nazirliyi edam faktını təsdiqləyib.
Rus səfirliyinin vitse-konsulu Damir Qaliulinin verdiyi açıqlamaya görə, məhkum bu gün, gündüz saatlarında öldürülüb.
Axlas Axlak Rusiyada doğulub, atası pakistanlı, anası rusdu.