Hər kəs dəbdəbəli, geniş və rahat evlərdə yaşamaq istəyər. Amma dünyada elə insanlar da var ki, dəbdəbəli, geniş və komfortlu mənzilləri deyil, qeyri-adi evlərdi yaşamağı üstün tuturlar. “Business İnsider” dünyanın qeyri-adi və maraqlı evlərinin siyahısını tərtib edib.
1. Şəkildən də göründüyü kimi təyyarəyə bənzəyən bu qeyri-adi ev Nigeriyanın Abuca şəhərində yerləşir. Bu evi Səid Camal adlı kişi səyahət etməyi xoşlayan həyat yoldaşı Liza üçün inşa etdirib.
2. Fransanin Strasburq şəhərindəki “Heliodome” adlanan ev taxta, şüşə və betondan inşa olunub. Yayda günəşdən enerji alan bu ev qışda həmin enerjini istiliyə çevirərək otaqlara ötürür. Bu ev yayda təbii sərinlik, qışda isə təbbi istiliklə təmin olunur.
3. Çinli Liu Linqçao öz evini belində daşıyır. Səyyar evdə yaşan 38 yaşlı Liu yaşayışıdan şikayətçi deyil.
4. Serbiya, Drina çayının ortasında tikilmiş ev. Bir çoxları bu evdə yaşamaq istər.
5. Fransanın cənub-qərbindəki meşədə inşa edilən ağac ev.
6. İspaniyanın mərkəzində yerləşən Sokuellamos bölgəsinin əsas gəlir mənbələrindən biri üzüm yetişdirilməsi və şərab istehsalıdır. Üzüm yığımı mövsümündə işləmək üçün bölgəyə gələn Bolqarıstan türkləri gördüyünüz bu böyük şərab çəlləklərində yaşayırlar.
7. Çində 26 mərtəbəli binanın üstünə inşa edilən daş ev.
8. Meksikalı Benito Hernandezin evi.
9. Fil Dişi Sahilleriində “Timsah ev”
10. Sibirdə “kəllə-mayallaq” ev