Dekabrın 24-də “Azadlıq” qəzetinin 25 illiyidir. Bu münasibətlə tanınmış şair Rüstəm Behrudi redaksiyaya təbrik məktubu göndərib. Təbrikdə deyilir:
“Bu gün “Azadlıq” qəzeti Azərbaycan ictimai-siyasi fikir tariximizin son 100 ildəki böyük dayaqlarından birinə cevrilmişdir. “Azadlıq” qəzeti azad sözə, azad fikir və düşüncəyə qoyulmuş möhtəşəm bir abidədir. O, azadlıq adına divarları haqq-ədalətdən hörülmüş, 25 ildən sonra da azadlığın fəth olunmamış sonuncu qalasıdır. Körklü, uca, haqq sözün hamisinə çevrilmiş “Azadlıq”ın bütün əməkdaşlarını yubiley münasibəti ilə təbrik edirəm.
Hörmətlə, “TƏK ADAM” – Rüstəm Behrudi”.