Dekabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə çiskin olacaq. Ayın 22-dən 23-nə keçən gecə yağıntı olacağı gözlənilir. Günün ikinci yarısında şimal-qərb küləyi 15-20 m/s, gecəyə doğru arabir 23-25 m/s sürətlə əsəcək.
Temperaturu gecə 5-7°, gündüz 8-12° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760-765 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.