Türkiyənin baş naziri Davudoğlunun qızına dərs deyən müəllim cəzalandırılıb. Ankara Hacı Ömər Tarman Litseyinin 9-cu sinifdə oxuyan Həcər Büke, riyaziyyat imtahanından aşağı qiymət alandan sonra, müəllimlə aralarında mübahisə baş verib. Belə ki, müəllimindən imtahan kağızını tələb edən Həcər Büke, imtina cavabı alınca, məsələyə məktəb müdiri qarışıb və bundan sonra müəllimə yalnız imtahan kağızının surətininin çıxarılması üçün icazə verib. Lakin bu inadkarlıq müəlliməyə baha başa gəlib. Belə ki, az sonra müəllimə işindən çıxarılaraq, məktəbə yeni təyinat almış müəllimylə əvəzlənib.