Dünən AXCP sədri Əli Kərimli, Ali Məclisin sədri Həsən Kərimov, sədrin müavini Əbülfəz Qurbanlı, sədrin müşaviri Məmməd İbrahim şərlənərək həbs olunan siyasi məhbus , Qarabag qazisi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin ailəsini ziyarət dib, Asif bəyin ailəsinə dəstəklərini ifadə ediblər. Xatırladaq ki, noyabrın 25 axşam saatlarında “yoxa çıxan ” Asif yusiflinin bir gün sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğu məlum olmuşdur. Elə həmin gün sanksiya üçün Nərimanov məhkəməsinə gətirilərək, haqqında 4 ay həbs qəti imkan tədbiri seçilmişdi. Hazırda Asif Yusifli Kürdəxanıda yerləşən istintaq təcridxanasında saxlanılır.