Dekabrın 19-da litvalı basketbolçu, olimpiya çempionu, Avropa və dünya çempionu Arvidas Sabonis 50 illik yubileyini qeyd edir. Kaunasda doğulan idmançı 1981-ci ildə «Jalgiris» komand
asının heyətində debüt edib. 1982-ci ildə SSRİ yığmasının heyətində dünya çempionu, 1985-ci ildə Avropa çempionu, 1988-ci ildə olimpiya çempionu olub.
Arvidas Sabonis (boyu 2,22 metr) 1984, 1985 1988 1995, 1997 və 1999 illərdə Avropanın ən yaxşı basketbolçusu seçilib. 1989-1995-ci illərdə İspaniya klublarında oynayıb. 1995-2001 və 2002-2003-cü illərdə Amerikanın “Portlend Treyl Bleyzers” klubunda çıxış edib.
2011-ci ildə İsraildə olub və prezident Şimon Peres tərəfindən qəbul edilib.