Ölkələrindəki böhrandan borca düşən rus iş adamları, böhrandan çıxış yolunu xarici ölkələrdəki əmlaklarını dəyər-dəyməzinə satmağda görür
Antaliyada ruslarla çalışan “Tolerance İnvestisiya” adlı beynəlxalq əmlak firmasının ortaqlarından olan Ukraynalı Sergey Volchenkov: “Ruslar indi Antaliyadan ev almaq deyil, özünü qurtarmaq dərdində. Hətta bəziləri Antaliyadakı evini belə satıb, Rusiyadakı borclarını ödəmək haqqında düşünür. Rusiyada çox böyük böhran baş verib, rublun dəyəri hər gün düçməhdə davam edir. Kimsə böhranın bu həddə çatacağına inamırdı. Belə bir mühitdə xaricdən ev almaq onlar üçün sərfəli deyil. Antaliyada iranlılar, avropalılar, ərəblərin çoxluq təçkil etsədə, amma bu günə qədər ən böyük bazar rus pazarıydı. 12 ildir onlarla çalışırıq. Amma son dövrlərdə Antaliyada aldığı evi satmaq istəyən Rusların sayında kəskin artım hiss olunur. Ruslardan bir çoxu aldığı evi satmaq üçün bizə müraciət edir. Üstəlik, bir an əvvəl satmaq üçün evin qiymətini rela qiymətlərdən aşağı təklif edirlər. Əvvəllər belə hallar olmurdu. Mənə görə, bu daha da çoxalacaq. Əvvəllər biz İngilislərin evlərini Ruslara satardığsa, indi də Ruslardan alıb başqalarına satırıq. Antaliyada xaricilərə aid 50 minə yaxın daşınmaz əmlak var. Bunlardan təxminən 7 mini rus vətəndaşlarına məxsusdur”.