Moskva polisinin əməliyyat-axtarış qrupu Rusiya paytaxtındakı “Meriott” otelindən məşhur rəssamların iki əsərini oğurladıqları üçün bir Azərbaycan və bir Gürcüstan vətəndaşını həbs edib.
Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, həmin şəxslər oteldən “İvan Qroznının ölümü” və “Çay mənzərəsi” əsərlərini oğurlamaqda şübhəli bilinirlər. Saxlanılanlar istintaqla əməkdaşlıqdan imtina edir və əsərlərin yerini demirlər. Hazırda onların başqa cinayətlərdə iştirakı yoxlanılır.