Moskvanın Zamoskvoretski məhkəməsi müxalifətçi Aleksey Navalnının ev dustaqlığını 2015-ci ilin fevralın 15-ə qədər uzadıb. Aleksey və Oleg Navalnı qardaşları Fransanın “Yves Rocher” kosmetika şirkətinin filialından təxminən 27 milyon rublu (450 min dollar) mənimsəməkdə ittiham olunurlar. Prokuror Moskva məhkəməsindən Aleksey Navalnıya 10, qardaşına isə 8 il iş istəyib. Hökumət və prezident Vladimir Putinin sərt tənqidçilərindən olan Navalny 2011-2012-ci illərdə hökumət əleyhinə kütləvi nümayişlər təşkil edib. O hazırda 5 il icbari cəza çəkir.
Navalnı bütün bunların siyasi motivli və Putinin göstərişi ilə edildiyini deyir.
azadlıq.info