Xarici KİV-in yazdığına görə, Krımın Rusiyaya birləşdirilməsi təsadüfi deyil və əvvəlcədən planlaşdırılıb. Putinin yarımadanı birləşdirmək qərarına isə bu ilin fevralında Soçidə keçirilən gizlin müşavirənin təsiri olub.
Dövlət başçısının köməkçiləri onu inandırıblar ki, Krımı birləşdirmək və Qərbin bütün sanksiyalarına davam gətirmək üçün Rusiyanın kifayət qədər ehtiyatı var. Bu barədə bu müşavirədə iştirak edən iki məmura istinadən Bloomberg agentliyi yayıb. Agentlik hesab edir ki, Soçi müşavirəsində çıxarılan nəticə kobud səhvdir.
Məmurların əmin etməsinə baxmayaraq Putin 1998-ci ildən bəri ən ağır iqtisadi böhranla üzləşib. Qərb sanksiyalar tətbiq edəbdən sonra rubl təxminən iki dəfə ucuzlaşıb.
azadlıq.info