Türkiyədə jandarm qüvvələrinin Hazro rayonu Çibtlibahçe kəndində keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatına aid bomba emalatxanası aşkar edilib.
“Report” “Haberturk”-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 16 ədəd döyüş tüfəngi, bir ədəd “AKM” markalı avtomat, çoxlu sayda patron, bomba hazrılanmasında istifadə edilən torna dəzgahları və 50 kq-dan artıq narkotik maddə ələ keçirilib.
Bomba emalatxanasında işləyən bir nəfər saxlanılıb.