Bu gün saat 13:00-da sanksiyaların hədəfində olan Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransını keçirəcək. Bu ilin yekunlarına həsr edilən konfransdır. Konfrans bir neçə saat davam edir və dövlət başçısı ona ünvanlanan sualları cavablandırır.
ANS PRESS prezidentə verilən ən maraqlı suallardan bəzilərini təqdim edir:
2001-ci il
-Vladimir Vladimiroviç, siz prezident vəzifələrinin icracısı olanda evdə ağ itlə oynadığınızı göstərirdilər. Sonra qara itlə oynayan yerdə göründünüz. Ağ it hara oldu?
– O rəngləndi. Qızlar axı tez-tez boya qoyurlar.
2002-ci il
-Artıq sizin fotolarınız Pasxa yumurtası üzərində də çıxmağa başlayıb. Buna necə münasibət göstəririsiz?
-Yumurtada çəkirlər? Bilmirəm, mən görməmişəm.
2003-cü il
-Bu gün ölkədə baş verən hansı hadisəyə görə utanırsınız və hansı məsələ sizi incidir?
-Əhalinin yoxsulluğuna görə. Əhalinin həyat tərzi, gəlirləri aşağıdır.
2004-cü il
-Qızlarınızın gələcəyini necə görürsüz?
– Ümid edirəm ki, xoşbəxt olacaqlar.
2006-cı il
-Sevdiyiniz kitabı oxumağa, kinoya, televizora baxmağa vaxtınız çatır?Əgər varsa hansılardır?
– İndi mən Klyuçevskinin rus tarixi üzrə mühazirələrini dinləyirəm, “Doqquzuncu bölük” filminə baxmışam.
– Belə yaxşı görünmək üçün nə edirsiniz? Gənclik və gözəllik üçün xüsusi vasitələriniz var?
– əgər spirtli içki xüsusi vasitədirsə mən ondan istifadə etmirəm. Narkotikdən ümumiyyətlə istifadə etməmişəm. Heç vaxt siqaret çəkməmişəm. idmanı sevirəm və çox işləyirəm. Bu mənə görə çox vacib olan daxili psixoloji vəziyyəti yaxşılaşdırır.
2007-ci il
– Salam müqayisə edilməz Vladimir Vladimiroviç!
– Siz məni utandırdınız
-Əhval ruhiyyənizin pis olduğu zaman çox olur?Buna nə səbəb olur?
– Əlbəttə olur. Amma mən belə anlarda itim Koni ilə məsləhətləşməyə çalışıram. O mənə yaxşı məsləhətlər verir. Həyat yoldaşım mənə Ömər Xəyyamın kitabını bağışlayıb. Orda belə hallarda kömək edə biləcək maraqlı çox şey var. Məsləhətdir.
-Mən belə bir şey oxumuşam ki, siz çemodanları hazırlamısınız və qaçmağa hazırlaşırsınız?
– Mən yüngül atletika ilə yox, cüdo ilə məşğul omuşam. Heç yerə qaçmağa hazırlaşmıram. (Zalda gülüş)
2008-ci il
– Sizcə Qərbin Rusiyaya niyə münasibət pisdir? “Time” jurnalı sizi ilin adamı seçdi…
– Və siz düşünürsünüz ki, bu pis münasibətə görədir?
– Bəzi qəzetlər sizin Avropanın ən varlı insanı olduğunuzu yazır. Bu düzgündür və zənginliyinizin mənbəyi nədir?
– Bu düzdür. Mən nəinki Avropada, bütün dünyada ən varlı insanam. Mənim zənginliyim odur ki, rus xalqı iki dəfə mənə inanıb. Bunu ən böyük zənginliyim hesab edirəm.
– Həyat yoldaşınız Lyudmila Putina illər öncə vürdiyi müsahibəsidə demişdi ki, ərinin prezident olacağını eşidəndə ağlayıb.
– Yəqin xoşbəxtlikdən.
2012-ci il
– Sizin haqqınızda çoxlu lətifə var. Yəqin ki, köməkçiləriniz danışır.
– Yox. Onlar danışmağa qorxurlar. (Zalda gülüş)
– Məndə yaxşı keyfiyyətli gürcü çaxırı var. Bura çaxır ilə buraxılıb-buraxılmayacağımı bilmədiyim üçün oteldə qaldı.
– Çaxıra qonaq edirsiz?