Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulukayev mətbuata açıqlamasında Rusiyanın eyni vaxtda üç böhranla üzləşdiyini deyib. Onun sözlərinə görə, hökumətin antiböhran planları yoxdur, ABŞ-ın sanksiyaları isə onilliklərlə davam edə bilər. “Belə böhranla mübarizədə strateji plan lazımdır. İndiki şəraitdə onu hazırlamaq mümkün deyil. Vəziyyət o qədər çətin proqnozlaşdırılandır ki, biz onun gələcəkdə dəyişməsinə hazır ola bilmərik”, – deyə ulukayev qeyd edib.
azadlıq.info