Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun, işgəncələrin kökünün kəsilməsi üçün beynəlxalq ictimaiyyəti bu istiqamətdə ciddi addımlar atmağa çağırıb.
Pan Gi Mun təşkil etdiyi mətbuat konfransında, işgəncələrə qarşı mübariə istiqamətdə hələ çox iş görülməli olduğunu da vurğulayıb.
Pan Gi Mun: “Heç bir səbəb işgəncədən istifadə edilməsinə haqq qazandıra bilməz. İşgəncənin kökünün tamamilə kəsilməsi üçün beynəlxalq cəmiyyətin hərəkətə keçməsi və mövzunun bütün detallarıyla müzakirəyə çıxarılması lazımdır”, deyə Pan Gi Mun bildirib.