Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Rusiyaya qarşı sanksiyalar davam edəcəyini bəyan edib. O, Ukraynanın şərqindəki problemin güc yolu ilə həllini də istisan edib. “Beləliklə, bizə yalnız sanksiyalar yolundan istifadə etmək qalır”, deyə V.Şoyble bildirib. Eyni zamanda nazir Avropa İttifaqının əməkdaşlığa üstünlük verdiyini də qeyd edib: “Biz daim dialoq üçün əlimizi uzatmağa hazırıq”.